Qarabağ münaqişəsi Avropa İttifaqının (Aİ) diqqət mərkəzində qalmaqda davam edir.
Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatına cavab olaraq Aİ nümayəndəsi bildirib.
“Gürcüstan və Moldovadakı həlli yubanan münaqişələr, eləcə də Qağlıq Qarabağ problemi bizim də diqqət mərkəzimizdədir. Belə münaqişələrin nizamlanması üzrə mövcud formatlarda ATƏT-in fəaliyyətinin daha da gücləndirilməsinə İtaliyanın sadiqliyini yüksək qiymətləndiririk”, – deyə Avropa İttifaqının nümayəndəsinin bəyanatda bildirilib.
Yanvarın 11-də İtaliyanın ATƏT-də sədrliyinin başlaması münasibətilə Vyanada ATƏT-in Daimi Şurasının xüsusi iclası keçirilib. İclasda təşkilatın fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano ölkəsinin sədrlik dövrü üçün proqramını və prioritet istiqamətləri açıqlayıb.
Xüsusi iclasdan öncə yayılan bəyanatda qeyd edilib ki, İtaliya beynəlxalq təşkilata sədrliyi dövründə “Dialoq, himayədarlıq, məsuliyyət” şüarı altında açıq, şəffaf və əhatəli fəaliyyət göstərəcək.
ATƏT məkanında münaqişələrə toxunan sədr ölkəsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini dəstəkləməyə davam edəcəyini vurğulayıb.
Gununsesi.info