Qarabağ münaqişəsi ilə Azərbaycanın inkişfının qarşısını alırlar - müşavir

  • By admin
  • 21 Noyabr 2016 12:29
 irannnnnnnnnnnnnnnn-yol
Qarabağ münaqişəsi ilə Azərbaycanın inkişfının qarşısını alırlar.
Gununsesi.info xəbər verir ki, bu fikri Türkiyənin Yerli Düşüncə Dərnəyinin və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakıda “Türk Filmləri Həftəsi” ilə əlaqədar təşkil etdiyi tədbirdə Türkiyə prezidentinin baş məsləhətçisi, sabiq mədəniyyət naziri Yalçın Topçu bildirib. 
 
Y.Topçu deyib ki, bu münaqişə olmasa, Azərbaycan Asiyanın və bölgəsinin rifahının açarı olacaqdı: “Qarabağ münaqişəsi ilə Azərbaycanın qarşısını almağa çalışırlar. Asiyanın rifahı Azərbaycanın ayağa qalxması ilə bağlıdır, Türkiyənin ayağa qaxması Balkanların, Orta Şərqin, Afrikanın ayağa qalxması deməkdir”.
Y.Topçu əlavə edib  ki, Türkiyə ayaq üstdə olarkən kimlərsə bölgədə rejimləri dəyişdirə bilməz: “15 iyulda bütün cəhdlər Türkiyəni diz çökdürməyə hesablanmışdı. 15 iyulda istiqlalımıza və istiqbalımıza sahib çıxdıq, mədəniyyət coğrafiyamıza, məzlum millətlərə ümid olduq”.
Beynəlxalq təşkilatların Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə laqeyd mövqe nümayiş etdirməsini qınayan Y. Topçu deyib ki,beynəlxalq aləm Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini  desə də, bu istiqmamətdə konkret addım atmırlar və nəticədə Ermənistanın iğalçılıq siyasəti 20 ildən artıqdır davam edir.
Onun fikrincə, prezident İlham Əliyevin Türkiyə ilə bağlı ortaya qoyduğu mövqeni bütün türk dövlətləri Qarabağ problemi ilə əlaqədar ortaya qoysa, Qarabağ problemi aradan qalxar.
 
Müşavir onu da əlavə edib ki, əgər Ankara, Bakı və digərlərimiz ayaq üstdə olarsa, biriləri Türküstanda, Misirdə, Liviyada istədiklərini edə bilməzlər: “Odur ki, Allah bizi bərabər etsin”.
Mürtəza 
Gununsesi.info