

Dağlıq Qarabağ münaqişəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınının (KTMT) səlahiyyəti kənarında olan məsələdir və bu, təşkilatın Nizamanməsində də öz əksini tapıb.
Gununsesi.info xəbər verir ki, bu fikri Qazaxstanın Ermənistandakı səfiri Timur Urazayev “NEWS.am”-a müsahibəsində deyib.
Qazaxstanlı diplomatın sözlərinə görə, Ermənistanla Azərbaycan sərhəddində baş verən problem bu iki ölkə arasındakı hər hansı məsələ ilə bağlı yox, daha çox Dağlıq Qarabağ ətrafındakı problemlərlə bağlıdır.
KTMT-nin Qarabağ məsələsindəkı roluna toxunan səfir deyib ki, birincisi, təşkilatın Nizamnaməsində hər hansı üçüncü ölkə tərəfindən təcavüz olarsa, üzv ölkələr bir- birinə dəstək verirlər. “Əgər burada hər hansı üçüncü ölkənin təcavüzündən gedirsə və suverenliyə təhdid yaradırsa, bu, başqa bir məslədir və bizim bununla bağlı mövqeyimiz aydındır. Ancaq burada tamamilə başqa bir məsələ var və bu da Dağlıq Qarabağla bağlı olan problemdir.Ona görə də məsələyə yanaşma fərqlidir”- deyə, diplomat vurğulayıb.
Qazaxstanlı diplomat onu da əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolundan başqa hər hansı həll variantı yoxdur.
Gununsesi.info