“Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərdə Putinin iştirakını alqışlayırıq” - Ceyms Uorlik

  • By admin
  • 16 Avqust 2016 11:55

cems

 

 

“Biz Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı həllinə yönələn səylərdə Rusiya prezidenti Vladimir Putinin iştirakını alqışlayırıq”.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu fikirləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

O bildirib ki, Dağlıq Qarabağda təhlükəsizliyin təminat edilməsi məqsədi ilə orada beynəlxalq sülhməramlıların yerləşdirilməsinə həmişə münaqişənin həllinin bir hissəsi kimi baxılıb. Uorlik Rusiyanın Qarabağ nizamlanmasında zamin qismində çıxış etmək niyyətini alqışladığını bildirib.

Xatırladaq ki, avqustun 9-da Rusiya prezidenti Vladimir Putin ermənistanlı həmkarı Serj Sarkisyanla görüşdən sonra Rusiyanın Minsk qrupunun digər üzvləri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində zamin qismində çıxış edə biləcəyini açıqlayıb.

 

Gununsesi.info