“Qarabağ münaqişəsinin həllində ATƏT-in rolu həmişəkindən daha vacibdir”- nazir

  • By admin
  • 31 Avqust 2016 16:36

Almaniya XİN (2)

ATƏT xarici işlər nazirlərinin Potsdamda keçiriləcək görüşündə gündəlikdə duran bütün aktual məsələlər müzakirə olunacaq.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə Almaniya XİN-in yaydığı xəbərdə deyilir.

Xəbərə görə, bunu nazir, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer deyib. O bildirib ki, hazırda münaqişələrlə dolu dünyada, o cümlədən Ukrayna, Dnestryanı, Dağlıq Qarabağ və Avropadakı digər münaqişələrin həll olunmasında ATƏT-in rolu həmişəkindən daha vacibdir.  O, qeyd edib ki, Potsdam görüşündə bütün vacib məsələlər, o cümlədən terror və qaçqın məsələlərinin müzakirəsi planlaşdırılır.

Xatırladaq ki, sabah Almaniyanın Potsdam şəhərində bu ölkənin xarici işlər naziri Frank Volter Ştaynmayerin təşkilatçılığı ilə ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

Gununsesi.info