“Qarabağ münaqişəsinin nizamlanması beynəlxalq gündəlikdə mühüm yer tutmalıdır” - Raymonds Veyonis

  • By admin
  • 22 Sentyabr 2016 07:51

raymond

Avropanın Şərq qonşularının təhlükəsizliyi Latviya üçün strateji prioritetlərdən biri olaraq qalır. Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda münaqişələrin nizamlanması beynəlxalq gündəlikdə mühüm yer tutmalıdır.

Gununsesi.info BMT-nin saytına istinadən verdiyi məlumatına görə, bunu Latviya prezidenti Raymonds Veyonis BMT Baş Assambleyasının 71-ci sessiyasında çıxış edərkən bəyan edib.

“Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda münaqişələrin nizamlanması beynəlxalq gündəlikdə mühüm yer tutmalıdır”- deyə, R.Veyonis vurğulayıb.

Onun sözlərinə görə, bütün ölkələr beynəlxalq hüquq çərçivəsində üzərilərinə götürdükləri öhdəliklərə əməl etməli və suveren dövlətlərin sərhədlərinə hörmətlə yanaşmalıdırlar.

Gununsesi.info