“Qarabağ” – “Nant” matçının biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam) – “Nant” (Fransa) oyununun biletləri sentyabrın 11-də saat 11:00-dan etibarən satışa çıxarılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

HTML tutorial

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionun kassalarından, “Iticket.az”ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), “Park Bulvar”dakı “Qarabağ”ın Fan-Şopundan, eləcə də “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən əldə etmək mümkün olacaq.

Gununsesi.info