“Qarabağ” növbəti mərhələdə

  • By admin
  • 19 İyul 2017 11:20

05

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycanı təmsil edən “Qarabağ” növbəti mərhələyə yüksəlib.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ilk oyunda rəqibini 5:0 hesabı ilə məğlub edən təmsilçimiz cavab qarşılaşmasında da Gürcüstanın “Samtredia” klubuna Geryenin 22-ci dəqiqədə vurduğu yeganə qolla qalib gəlib.

Qeyd edək ki, “Qarabağ” üçüncü təsnifat mərhələsində “Şerif” (Moldova) -“Kukesi” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandalar arasında keçirilən ilk oyun Moldova təmsilisinin 1:0 qələbəsi ilə başa çatıb.

Anar

Gununsesi.info