“Qarabağ” – “Olimpija” oyununa israilli hakim

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpija” (Sloveniya) oyununa hakim təyinatları açıqlanıb.

Gununsesi.info goal.az-a istinadən  xəbər verir ki, saat 21:00-da başlayacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi (cavab oyunları)

18 iyul

21:00. “Qarabağ” – “Olimpija”

Baş hakim: Erez Papir

 Köməkçi hakimlər: David Elias Bitton, Eliyahu Casapu

Dördüncü hakim: David Fuxman (hamısı İsrail)

UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan)

Hakim-inspektor: Sokol Jareçi (Albaniya)

Bu komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.

COMMENTS