“Qarabağ” – “Olimpiya” oyununa iki günə 5 min bilet satılıb

 

“Qarabağ” klubunun Sloveniya “Olimpiya”sı ilə keçirəcəyi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü üçün 5 min bilet satılıb.

Gununsesi.info “Report”-a istinadən xəbər verir ki, Tofiq Bəhramov stadionunda baş tutacaq matça bu qədər bilet satışa çıxarıldıqdan sonra iki gün ərzində alınıb. Arenanın tutumu, ümumilikdə, 31200 nəfərlikdir. Qiymətlər sektorlara uyğun olaraq, 1 manat, 2 manat, 3 manat, 5 manat və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

Qeyd edək ki, iyulun 18-də keçiriləcək “Qarabağ” – “Olimpiya” oyunu saat 21:00-da başlayacaq. Ağdam təmsilçisi səfərdə keçirdiyi ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.

COMMENTS