“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Turan Tovuz”a qarşı

  • By admin
  • 05 Mart 2023 09:13

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.

Gununsesi.info xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

“Qəbələ” doğma azarkeşləri önündə “Qarabağ”ı qəbul edəcək. “Turan Tovuz” isə Bakıda “Neftçi”nin qonağı olacaq.

Azərbaycan Premyer Liqası

XXV tur

5 mart (bazar)

17:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Teymur Teymurov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu

19:30. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”

Qeyd edək ki, turun  “Zirə” –  “Şamaxı” matçında qalib müəyyənləşməyib – 2:2.  “Sumqayıt”  “Səbail”i 1:0,  “Sabah” isə  “Kəpəz”i 2:0 hesabı ilə üstələyib.

Gununsesi.info