“Qarabağ” qapıçısını “Sumqayıt”a göndərib - İCARƏ ƏSASINDA

  • By admin
  • 13 Sentyabr 2019 22:17

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Gununsesi.org-un məlumatına görə, Ayxan Abbasovun baş məşqçi olduğu komanda “Qarabağ”ın qapıçısı Nicat Mehbalıyevi icarəyə götürüb.

HTML tutorial

Mövsümün sonuna qədər “Sumqayıt”ın uğurları üçün çalışacaq gənc futbolçu “12” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, peşəkar karyerası ərzində yalnız “Qarabağ”da çıxış edən N.Mehbalıyev Azərbaycanın U-17, U-19 və U-21 millilərinə də çağırılıb.

 

Gununsesi.org