Milli Məclisə növbədənkənar seçkilərinə 60 saylı Salyan – Neftçala seçki dairəsindən namizədliyi qeydə alınan Fəzail Ağamalı Salyan rayonunun Qarabağlı kəndində Qarabağ qaziləri ilə görüş keçirib.
Gununsesi.org Demokrat.az–a istinadən xəbər verir ki, görüşdə Salyan rayonunda yaşayan 50-yə yaxın Qarabağ qazisi iştirak edib.
Görüş zamanı qazilərin problemləri dinlənilib və onların həll edilməsi üçün lazımı addımlar atılacağına söz verilib.
Görüş zamanı çıxış edən qazilər bildiriblər ki, Fəzail Ağamalı deputat fəaliyyəti dövründə daim onların yanında olub və problemlərinin tezliklə həll edilməsinə çalışıb.
Həmçinin, Qarabağ uğrunda gedən döyüşlərdə şəhid və qazi olmuş Milli qəhrəmanlarımızın ailələrini tez-tez ziyarət edib, onların dərdlərinə şərik olub.
Görüşün sonunda rayonun qaziləri adından Fəzail Ağamalıya açıq dəstək ifadə olunub, Qarabağ qaziləri fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə 60 saylı Salyan – Neftçala seçki dairəsindən Fəzail Ağamalıya səs verəcəklərini açıq şəkildə bəyan ediblər.
Qeyd edək ki, görüşdə 2016-cı ilin aprel döyüşləri zamanı ağır yaralanan və müalicə aldıqdan sonra ordu sıralarından tərxis olunan Xüsusi Təyinatlı Qüvvələrimizin hərbiçisi Səxavət Salmanov da iştirak edib.
Qarabağ qazilərindən Fəzail Ağamalıya AÇIQ DƏSTƏK - FOTOLAR
- By admin
- 18 Yanvar 2020 16:51
DİGƏR XƏBƏRLƏR
-
02 May 2024 22:49
Aminin əsir düşdüyü yerdən
-
02 May 2024 20:01
“Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi
-
02 May 2024 19:57
AŞ Gürcüstanı Venesiya Komissiyasının “xarici agentlər” haqqında qanunla bağlı rəyini gözləməyə çağırır
-
02 May 2024 19:50
Azərbaycanla Türkiyə arasında minalarla mübarizədə əməkdaşlıq perspektivləri müzakirə olunub
-
02 May 2024 19:31
Maliyyə Nazirliyi informasiya infrastrukturunun təhlükəsizliyilə bağlı auditor seçir
-
02 May 2024 16:59
Prezident sabiq naziri rektor təyin etdi
-
02 May 2024 10:14
Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Penitensiar Xidmətdə olub
-
01 May 2024 23:01
İlham Əliyev İraqa səfərə dəvət olundu
-
01 May 2024 22:53
Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib
-
01 May 2024 21:16
Sabahkı hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
-
01 May 2024 20:41
İran AEBA-nın 130 müfəttişinin ölkədə işləməsinə icazə verib
-
01 May 2024 19:49
Telekanallarında yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb