
Görün , ölkədə nələr baş verir? Milli Mətbuat günü qabağı insanların ən çox etibar etdiyi telekanal bağlanır .Özü də məhkəməsiz –filansız ,”yuxarı”dan gələn göstərişlə .Bir çağlar rüşvətə görə ANS-dən qovulanlar indi tele-ekrandan “yemək yedikləri qaba tüpürürlər” .Elə çaşıblar ki , Türkiyədəki çevriliş çabasını separatçı rejimlərlə müqayisə edirlər ! Bunlar anlamır ki , jurnalistin başlıca görəvi faktı çatdırmaq , informasiya verməkdir. Mir Şahin də deyəsən , basqı altında “kəlmeyi-jurnalistika”nı yaddan çıxarıb: FAKTDAN BAŞQA FAKT YOXDUR , JURNALİST DƏ ONUN ELÇİSİDİR !
Kim nə deyir desin , başımıza gələnlərdən bilirəm , çətinliyə düşəndə ,məmur özbaşınalığı ilə üz-üzə qalanda başımızın üstündə elektron KİV olaraq ANS-i görmüşük . Bu bizim 1-ci özəl telekanalımızdır . Bütün əyriləri- doğruları ilə birlikdə ! Ona qurşaqdan aşağı zərbələr vurulur , sakitcə heç nə olmamış kimi baxırıq . “Zəhmətkeş-əməkdar” kollegiyaları ekranda məhkəmə qurublar ,məzhəkə göstərirlər .Heç olmasa mənfi rolda da olsa , mühakimə olunanın fikrini də öyrənmək belə çətindir?Axı , ANS belə namərdliyə yol verməyib ?! ANS-dən gizlin “donos” yazanların əlinə yaxşıca fürsət düşüb, açıq “donos”a keçiblər . Azərbaycan Prezidentinin təyin etdiyi “millət vəkilləri” bir günün içində Ərdoğanın vəkili olublar .
ANS –in suçu nə? Suçu “suçsuzluq prezumsiyası” pozulan Fəthullah Gülənin fikrini öyrənməkmi? Axı qarşı yanın fikrini öyrənmə jurnalistikanın başlıca prinsiplərindəndir ! Yəqin diktə ilə işlədiklərindən bu prinsiplərdən xəbərsizdirlər .Nə olar , ANS “sizə göstərər”! Məhkəməsiz kimisə suçlu saymaq, istər Gülən olsun ,istər ANS ,yolverilməzdir və Ana Qanuna tüpürməkdir!
22 iyul – Milli Mətbuat günü idi. 141 yaşınız qutlu olsun !
Məğrur Bədəlsoy ,Qarabağ savaşı əlili,bağımsız jurnalist