“Qarabağ” “Qöteborq”, “Qəbələ” isə “Maribor”la qarşılaşacaq

  • By admin
  • 05 Avqust 2016 16:12

oyun

Xəbər verdiyimiz  kimi, avqustun 5-də İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasında 2016-2017-ci il mövsümünün pley-off mərhələsinin püşkü atılıb.

Gununsesi.info-nun məlumatına görə, püşkatma zamanı  Azərbaycanın bu turnirdəki təmsilçiləri – “Qarabağ” və “Qəbələ” komandalarının da pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.

Püşkatmada 44 klub sahib olduqları əmsallara görə “səpələnmişlər” və “səpələnməmişlər” olmaqla iki əsas qrupa bölünüb. “Səpələnmişlər” qrupunda yer alan “Qarabağ” klubunun pley-off mərhələsindəki rəqibi İsveçin “Qöteborq” klubudur.

“Səpələnməmişlər” qrupunda qərarlaşan “Qəbələ” isə pley-off mərhələsində Sloveniyanın “Maribor” klubu ilə qarşılaşacaq.

UEFA Avropa Liqasının pley-off mərhələsinin oyunları avqustun 18-də və 25-də keçiriləcək.

Gununsesi.info