
“Qarabağ” Azərbaycan kubokunda yeni uğura imza atıb.
Gununsesi.info Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “Qəbələ”ni yarımfinalın hər iki oyununda məğlub edən (3:1, 5:0) Ağdam təmsilçisi tarixində 10-cu dəfə finala çıxıb. Bununla da “Qarabağ” “Neftçi”nin rekordunu təkrarlayıb.
Yubiley uğuru 5 ildən sonra gerçəkləşib. Sonuncu dəfə 2016/17 mövsümündə finalda oynayan “Qarabağ” sonrakı 4 yarışın üçündə mübarizəni dayandırıb, birində turnir yarımçıq qalıb.
Gununsesi.info