
Azərbaycan Premyer Liqasında 22-ci tur davam edir.
Gununsesi.info xəbər verir ki, mərkəzi matçda lider “Qarabağ” ən yaxın izləyicisi “Sabah”ı qəbul edib və 1:1 hesablı bərabərə qalıb.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
11 fevral (şənbə)
17:00. “Qarabağ” – “Sabah” – 1:1
Qollar: Musa Qurbanlı, 15 (1:0), Bəxtiyar Həsənalızadə, 75 (1:1)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamranbəy Rəhimov
“Azersun Arena”
Gununsesi.info