“Qarabağ”–“Samtredia” oyununu türkiyəli hakimlər briqadası idarə edəcək

  • By admin
  • 10 İyul 2017 13:50

09

İyulun 11-də UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Samtredia” (Gürcüstan) oyununun hakim təyinatları açıqlanıb.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, görüşü türkiyəli hakimlər briqadası idarə edəcək.

Belə ki, görüşün baş hakimi Mete Kalkavan olacaq. Ona Halil Meler və Esat Sancaktar kömək edəcəklər. Dördüncü hakim funksiyasını Erdem Bayik yerinə yetirəcək.

Hakimlərin işinə Moldovadan olan Vladimir Antonov qiymət verəcək. Matçın UEFA nümayəndəsi ingiltərəli Qraham Hover olacaq.

Anar

Gununsesi.info