
Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam)-“Samtredia” (Gürcüstan) qarşılaşmasının biletləri iyulun 7-dən satışa çıxarılıb.
Gununsesi.info xəbər verir ki, azarkeşlər biletləri hər gün saat 10:00-dan 19:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.
Biletlərin qiyməti sektorlara görə 1-5 manatdır. VİP sektoruna isə biletlər 30 manat təşkil edir.
Qeyd edək ki, “Qarabağ”–“Samtredia” matçı iyulun 11-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Gununsesi.info