“Qarabağ savaşı, bütün türk millətinin savaşıdır” - FAZİL MUSTAFA

  • By admin
  • 13 Avqust 2020 20:37

“Qarabağda savaşı birmənalı olaraq Azərbaycan ordusu aparacaq. Türkiyə və Türk ordusu hər zaman Azərbaycanın yanındadır, lazım gələn dəstəyi verəcək”

Millət vəkili Fazil Mustafa bu fikirləri Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri, həmçinin iki qardaş ölkənin ordu rəhbərliyinin qarşılıqlı səfərlərinin sonda Qarabağı azadetmə əməliyyatları ilə nəticələnəcəyi barədə fikirlərə münasibət bildirərkən söyləyib.

Gununsesi.info-nun xəbərinə görə, deputat Musavat.com-a deyib ki, bu savaş ümumilikdə türk millətinin savaşı olduğuna görə Azərbaycan ordusunun sıralarına türk dünyasından çox sayda könüllünün qatılacağını indidən proqnozlaşdırmaq olar:

“Ayrıca Turan ordusu deyilən bir məfhum hələ ortaya çıxmadığına görə qarşıdakı savaşımızı bu qədər romantikləşdirməyək. İnşallah Azərbaycan ordusu Turan ellərinin duaları və real yardımı ilə torpaqlarımızı azad edəcək”.

 

 

Gununsesi.info