“Qarabağ” – “Sürix” oyununa satılmış biletlərin sayı açıqlandı

  • By admin
  • 18 İyul 2022 10:46

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda İsveçrə “Sürix”i ilə keçirəcəyi ilk oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Gununsesi.info “Qarabağ” klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma üçün 23 min bilet satılıb.

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.

Gununsesi.info