Qarabağ üçün üçtərəfli görüş hələlik planlaşdırılmır -  Kreml

  • By admin
  • 08 Oktyabr 2020 13:40

Azərbaycan və Ermənistan liderlərinin görüşü hələlik planlaşdırılmır.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə açıqlama verib.

“Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü hələlik planlaşdırılmır. Rusiya vəziyyəti tənzimləmək üçün bir çox səviyyələrdə, o cümlədən ən yüksəsk səviyyədə dialoq aparır” – deyə Peskov deyib.

Gununsesi.info