2024-2025-ci tədris ilində Qarabağ Universitetində 1000 tələbənin təhsil alması planlaşdırılır.
Gununsesi.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, universitetdə 70 nəfər professor-müəllim heyətinin yer alması planlaşdırılır:
“Yaxın 5 ildə universitetdə tələbə sayının 5 minə çatdırılması gözlənilir. Pedaqoji, mühəndislik, iqtisadiyyat, incəsənət, humanitar və sosial, turizm fakültələri olacaq”.
Nazir qeyd edib ki, universitetdə çalışacaq müəllim heyətinin əməkhaqları nisbətən yüksək olacaq:
“Yaxın ərazidə yaşayan müəllim heyətinin cəlb olunması nəzərdə tutulur. Xankəndi, Şuşa, Ağdamdan olan alimlərimizlə görüş baş tutacaq. İşçi heyəti Xankəndidə mənzillə təmin olunacaq”.
Gununsesi.info