“Qarabağ” və “Qəbələ” Azərbaycan Premyer Liqasının oyunlarını gecikdirir - SƏBƏB

  • By admin
  • 29 İyul 2016 18:54

liqa

 

Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün ilk 3 turunun oyun cədvəli açıqlanıb.

Gununsesi.info Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, çempionatın tam təqvimi avqustun 25-dən sonra müəyyənləşəcək.

Buna səbəb “Qarabağ” və “Qəbələ” klublarının avrokuboklarda çıxışını davam etdirməsidir. Nəticələrə uyğun olaraq Premyer Liqanın tam təqvimi tərtib olunacaq.

Topaz Premyer Liqası 

Birinci dövrə

I tur

6 avqust (şənbə)

AZAL – “Neftçi”

“Zirə” – “Sumqayıt”

7 avqust (bazar)

“Qarabağ” – “İnter”

8 avqust (bazar ertəsi)

“Qəbələ” – “Kəpəz”

II tur

11 avqust (cümə axşamı)

“Sumqayıt” – “Qarabağ”

12 avqust (cümə)

“İnter” – “Qəbələ”

13 avqust (şənbə)

“Kəpəz” – AZAL

14 avqust (bazar)

“Neftçi” – “Zirə”

III tur

19 avqust (cümə)

“Zirə” – AZAL

“İnter” – “Kəpəz”

20 avqust (şənbə)

“Qarabağ” – “Neftçi”

21 avqust (bazar)

“Qəbələ” – “Sumqayıt”

Qeyd edək ki, avqustun 20-21-də keçiriləcək “Qarabağ” – “Neftçi” və “Qəbələ” – “Sumqayıt” matçlarının günü klubların avrokuboklardakı oyunlarına görə dəyişdirilə bilər.

 

Gununsesi.info