Avropa Liqanın qrup mərhələsinə yüksələn “Qarabağ” və “Qəbələ”nin rəqibləri bu gün müəyyənləşib.
Gununsesi.info xəbər verir ki, J qrupunda yarışacaq “Qarabağ”ın rəqibləri “Fiorentina” (İtaliya), PAOK (Yunanıstan), Liberets (Çexiya) olub.
C qrupun yarışacaq “Qəbələ”nin rəqiblıəri isə “Anderlext” (Belçika), “Sent-Etyen” (Fransa) və “Maynz” (Almaniya) olub.
Qeyd edək ki, Avroliqada qrup mərhələsinin oyunları sentyabrın 15-i və 29-u, oktyabrın 20-si, noyabrın 3-ü və 24-ü və dekabrın 8-də keçiriləcək.
A qrupu: “Mançester Yunayted” (İngiltərə), “Fənərbaxça” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Zarya” (Ukrayna)
B qrupu: “Olimpiakos” (Yunanıstan), APOEL (Cənubi Kipr), “Yanq Boyz” (İsveçrə), “Astana” (Qazaxıstan)
C qrupu: “Anderlext” (Belçika), “Sent-Etyen” (Fransa), “Maynts” (Almaniya), “Qəbələ” (Azərbaycan)
D qrupu: “Zenit” (Rusiya), “AZ Alkmaar” (Hollandiya), “Makkabi” (Təl-Əviv, İsrail), “Dandalk” (İrlandiya)
E qrupu: “Viktoriya” (Çexiya), “Roma” (İtaliya), “Austria” (Vyana, Avstriya), “Astra” (Rumıniya)
F qrupu: “Atletik” (Bilbao, İspaniya), “Genk” (Belçika), “Rapid” (Vyana, Avstriya), “Sassuolo” (İtaliya)
G qrupu: “Ayaks” (Hollandiya), “Standart Liec” (Belçika), “Selta” (İspaiya), “Panatinaikos” (Yunanıstan),
H qrupu: “Şaxtyor” (Ukrayna), “Braqa” (Portuqaliya), “Gent” (Belçika), “Konyaspor” (Türkiyə)
İ qrupu: “Şalke” (Almaniya), “Zalsburq” (Avstriya), “Krasnodar” (Rusiya), “Nitsa” (Fransa)
J qrupu: “Fiorentina” (İtaliya), PAOK (Yunanıstan), “Slovan” (Liberets, Çexiya), “Qarabağ” (Azərbaycan),
K qrupu: “İnter” (İtaliya), “Sparta” (Çexiya), “Sauthempton” (İngiltərə), “Hapoel” (Beer-Şeva, İsrail)
L qrupu: “Vilyareal” (İspaniya), “Styaua” (Rumıniya), “Sürix” (İsveçrə), “Osmanlıspor” (Türkiyə),
Gununsesi.info












