“Qarabağ” və “Qəbələ”nin hakimləri bəlli oldu

  • By admin
  • 22 Avqust 2016 14:09

qarabag1 

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Lill” matçının hakimləri açıqlanıb.

Gununsesi.info-nun xəbərinə görə, görüşü Rusiyadan olan hakimlər briqadası idarə edəcək.

Belə ki, oyunun baş hakimi Aleksey Yeskov olacaq. Ona Dmitri Mosyakin və İqor Demeşko köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Vladimir Moskalev icra edəcək.

Qeyd edək ki, avqustun 4-də baş tutacaq “Qəbələ” – “Lill” qarşılaşması saat 21:00-da start götürəcək.

***

Avropa Liqasının “pley-off” mərhələsinin cavab oyununda “Qarabağ” və İsveçin “Göteborq” komandaları arasında keçiriləcək matçın hakim təyinatları açıqlanıb.

Qarşılaşma Rusiyadan olan hakimlərə həvalə olunub. Oyunu Vladislav Bezborodov idarə edəcək. Matçın yan xətt hakimləri Valeri Dançenko və Maksim Qavrilin olacaq. Dördüncü hakim funksiyasını Kirill Levnikov yerinə yetirəcək.

Maykl Tomas Ross hakim-inspektor, belçikalı Conu Vanspauven isə UEFA nümayəndəsidir.

Qeyd edək ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.

 

Gununsesi.info