“Qarabağ” yeni transferini rəsmən açıqladı -FOTO

“Qarabağ” Adama Diakabi ilə müqavilə imzalayıb.

Gununsesi.info xəbər verir ki, onunla sözləşmə 2025-ci il iyunun 30-dək nəzərdə tutulub.

Qeyd edək ki, Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. 26 yaşlı futbolçu Fransanın “Kan”, “Renn”, “Monako” və “Amyen”, eləcə də İngiltərənin “Haddersfild” və “Nottingem Forest” klublarının da formasını geyinib.

Gununsesi.info