“Qarabağ” “Zirə” ilə heç-heçə etdi

  • By admin
  • 15 Avqust 2021 21:06

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 1-ci tura yekun vurulacaq.

Gununsesi.info xəbər verir i, turun maraqlı qarşılaşmalarından biri Zirədə keçirilib.

Burada “Zirə” doğma meydanda “Qarabağ”ı qəbul edib. Oyunda hesabıa açan ağdamlılar olsa da, Rəşad Sadıqovun komandası cavab qolunu vurmağı bacarıb. Nəticədə qarşılşma 1:1 hesabı ilə yekunlaşıb.

Turun qapanış matçında isə son çempion “Neftçi” “Qəbələ”ni qəbul edəcək.

Xatırladaq ki, ilk oyun günündə “Sabah” evdə “Səbail”ə (0:1), “Keşlə” isə “Sumqayıt”a (0:2) uduzub.

Azərbaycan Premyer Liqası
1-ci tur
15 avqust

“Zirə” – “Qarabağ” 1:1
Qol: T.Xəlilzadə, 50-pen – İ.İbrahimli, 18.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rauf Allahverdiyev.
Zirə İdman Kompleksinin stadionu.

Gununsesi.info