Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Gununsesi.info xəbər verir ki, “Qarabağ” “Azersun Arena”da “Qəbələ” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda ilk qolu 22-ci dəqiqədə Ağdam klubunun heyətində Filip Ozobiç vurub. Xorvatiyalı yarımmüdafiəçi 12 dəqiqə sonra penaltidən fərqlənməklə həm dubl edib, həm də komandasının üstünlüyünü 2 topa çatdırıb. 38-ci dəqiqə Mahir Emreli 3-cü qolu rəqibin qapısından keçirib. 62-ci dəqiqədə qonaqların albaniyalı müdafiəçisi Yurgen Qoxa zədələnərək meydanı tərk edib. Onu Ehtiram Şahvediyev əvəzləyib.
Bu qələbədən sonra xallarını 36-ya çatdıran “Qarabağ” liderliyə yüksəlib. “Qəbələ” isə 21 xalla 5-ci pillədə qalib.
Qeyd edək ki, günün ilk oyununda “Səbail” evdə “Keşlə” ilə heç-heçə edib – 1:1. Tura sabah keçiriləcək “Sumqayıt” – “Zirə” və “Neftçi” – “Sabah” matçları ilə yekun vurulacaq.
Gununsesi.info