Qarabağa aparan yollarda SON VƏZİYYƏT

  • By admin
  • 22 Fevral 2022 13:01

İşğaldan azad edilmiş ərazilərin yollarında aparılan təmir-tikinti işlərilə bağlı məlumat açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bunu AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov avtomobil yolları işçilərinin peşə bayramı günü ilə bağlı tədbirdə çıxışı zamanı bildirib ki, işğaldan azad olunmuş ərazilərdə avtomobil yollarının tikintisi və saxlanılmasında istifadə məqsədilə maşın-mexanizmlərin alınması da davam etdirilir:

“2021-ci il ərzində işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazilərində Toğana-Kəlbəcər-İstisu avtomobil yolu (80.7 km, 4 hərəkət zolaqlı), Kəlbəcər-Laçın avtomobil yolu (72.8 km, 2 hərəkət zolaqlı), Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi (726.3 km, 2 hərəkət zolaqlı), Xudafərin-Qubadlı-Laçın avtomobil yolu (70.4 km, 4 hərəkət zolaqlı), Qubadlı – Eyvazlı avtomobil yolu (28.5 km, 2 hərəkət zolaqlı), Qubadlı – Mahmudlu – Yazıdüzü – Ermənistan sərhədi avtomobil yolu (26.4 km, 2 hərəkət zolaqlı), Şükürbəyli-Cəbrayil-Hadrut avtomobil yolu (39.7 km, 4 hərəkət zolaqlı), Füzuli-Hadrut avtomobil yolu (12 km, 4 hərəkət zolaqlı), Hadrut-Tuğ-Azıx avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı), Bərdə – Ağdam avtomobil yolu (44.5 km, 4 hərəkət zolaqlı), Ağdam-Füzuli avtomobil yolu (64.8 km, 4 hərəkət zolaqlı), Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun (22 km, 2 hərəkət zolaqlı) tikintisi işləri uğurla davam etdirilib”.

Sədrin sözlərinə görə, Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Göygöl rayonundakı Toğanalı kəndindən, Murov dağındakı Ömər aşırımdan keçməklə Çəpli kəndində xüsusi mexanikləşdirimiş yol sahəsi təşkil edilib və onun maddi-texniki bazası yeni maşın-mexanizmlər hesabına möhkəmləndirilib”.

S.Məmmədov deyib ki, 2021-ci il ərzində Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolunda aparılan lazımı təmir işləri nəticəsində fasiləsiz hərəkət təmin edilib:

“2021-ci ilin avqust ayının 18-də dövlət başçısı və birinci xanım Kəlbəcər və Laçın rayonlarına səfərləri zamanı Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolu ilə hərəkətləri təmin edilmiş və bu yolun üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Bu tunelin tikintisi imkan verəcək ki, Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolundan bütün il boyu fasiləsiz və təhlükəsiz istifadə edilsin.

Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək Kəlbəcər-Laçın avtomobil yolunun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində alt keçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq”.

AAYDA sədri bildirib ki, digər obyektlərdə də layihələndirmə işləri ilə paralel olaraq, minadan təmizləməklə tikinti işləri davam etdirilir.

Gununsesi.info