Qarabağa avtobus biletlərinin alınma QAYDASI

  • By admin
  • 18 Yanvar 2022 12:11

İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri “Yolumuz Qarabağa” portalından əldə etmək olar.

Gununsesi.info xəbər verir ki, bu sözləri İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

Onun sözlərinə görə,, vətəndaşlar portala daxil olduqdan sonra “ASAN login” vasitəsilə bilet ala biləcəklər.

F.Cəfərov vurğulayıb ki, Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailələri, müharibə iştirakçıları üçün biletlər pulsuz olacaq.

Gununsesi.info