Bir neçə ay əvvəl Xankəndinə köçən Rusiyanın məşhur biznesmenlərindən biri olan Ruben Vardanyan qondarma rejimin hökumət başçısı olmaq təklifini qəbul edib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Rusiyanın “Kommersant” qəzeti yazıb.
Qəzetə açıqlamasında Vardanyan bölgədəki vəziyyətə də toxunub. Onun sözlərinə görə, burada nə isə etmək üçün ilk növbədə təhlükəsizlik məsələsini bağlamaq lazımdır: “Sülhməramlıların yerləşdirilməsinə baxmayaraq, xeyli insidentlər baş verir, faciəvi şəkildə bitir. Məncə, təhlükəsizlik hissi yoxdur. Nəinki sabaha, heç bu günə inam yoxdur. Belə bir şəraitdə əhalini, bu azsaylı, burada qalan əhalini saxlamaq çətin görünür”.
Vardanyanın fikrincə, təkcə rusiyalı hərbçilər, yaxud xarici iştirakçılar deyil, elə adamların özləri də yaşadıqları yerdə təhlükəsizliyə görə məsuliyyət hiss etməlidirlər.
Tərcümə:
Mətləb Yaqublu
Gununsesi.info