“”Qarabağ”a qarşı oynamaq həddindən artıq çətindir” -Samir Abasov

  • By admin
  • 16 Oktyabr 2022 21:18

“Bu gün “Qarabağ”a qarşı oynamaq həddindən artıq çətindir”.

Gununsesi.info-nun xəbərinə görə, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov səfərdə “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının X tur oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis bu cür matçlarda müdafiədən oynamağa məcbur qaldıqlarını bildirib: “Bəzi futbolçuların gücü tükənəndən sonra qapımızda qol gördük. Növbəti görüşlərə hazırlaşacağıq. Vaxt keçdikcə daha yaxşı olacağıq. Buna əminəm. Hücum xəttində bəzi problemlərimiz var. Soyuq başla hər şeyi analiz etdikdən sonra vəziyyətdən çıxmalıyıq”.

Abasov komandanın 10 matçda cəmi iki qol vurmasını xatırladıb: “Bəlkə də azarkeşlərdə küskünlük var. Amma bu cür qarşılaşmalar gələcəyə ümid verəcək. Qışı səbirsizliklə gözləyən insanlardan biriyəm. Nə qədər çox oyunçu qazana bilsəm, transfer dönəmində futbolçu götürmək baxımından işimiz azalar. Hazırda çıxış yolumuz kollektiv oyun sərgiləməkdir”.

Baş məşqçi qış transfer dönəmində heyəti özü yığacağını söyləyib: “Pozitiv olmağımın arxasında rəhbərlik dayanıb. Hamımız bu vəziyyətdən birlikdə çıxmaq istəyirik. Məndən başqa heç kim bu komandanı yığmayacaq”.

Gununsesi.info