“Ədliyyə Nazirliyinin bu hərəkətsizliyinə hüquqi qiymət verilməsi üçün məsələni məhkəmə müstəvisinə çıxarmaq qərarına gəldik”.
Gununsesi.org xəbər verir ki, bu sözləri Birliyin idarə heyətinin sədri Vaqif İsmayıl öz açıqlamasında söyləyib. Onun sözlərinə görə, Qarabağ münaqişəsi artıq 30 ildən çoxdur ki, davam edir, lakin bununla bağlı dövlətimiz hər hansı irəliləyişə nail olmayıb:
“Beynəlxalq təşkilatlar ikili standartlarla işə yanaşması xalqımızın olan ümidlərini artıq puç edib. Məqsədi xalqımızın tarixi torpaqları, Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilər, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqımızın haqq səsini cəmiyyətimizə, xarici dövlətlərə və beynəlxalq təşkilatlara çatdırmaqdan ibarət olan “QARABAĞA QAYIDIŞ” İctimai Birliyinin dövlət qeydiyyatına alınmaması qanunsuz olmaqla bərabər, hakimiyyətin bu sahədə fəaliyyətsizliyinin bariz nümunəsidir. Hesab edirik ki, dövlətimizin siyasi xəttinin özəyini təşkil edən Qarabağ münaqişəsi sahəsində istər cəmiyyətin, istərsə də, hakimiyyətin fəaliyyətsizlik etməsi yolverilməz haldır. Ona görə də, idarə heyəti olaraq Ədliyyə Nazirliyinin bu hərəkətsizliyinə hüquqi qiymət verilməsi üçün məsələni məhkəmə müstəvisinə çıxarmaq qərarına gəldik”.