Şuşanın işğalının növbəti il dönümünü yeni təsis olunan Qarabağa Qayıdış İctimai Birliyinin fəalları da qeyd edib.
Gununsesi.org-un xəbərinə görə, əsasən köçkün rayonların ziyalılarını, gənclərini özündə cəmləşdirən qurumun fəalları Şəhidlər Xiyabanında şuşalıların yanında olub.
Azərbaycan xalqının işğal faktı ilə heç zaman barışmayacağını deyən fəallar torpaqlarımızın azad edilməsi üçün hər han müharibəyə gedəcəklərini bildirib.
Tədbirin görüntülərini təqdim edirik: