Qarabağda 120 min erməninin yaşaması ilə bağlı yalanı ifşa olundu

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vigen Xaçatryan Qarabağda cəmi 40 min erməninin yaşadığını bildirib.

Gununsesi.info xəbər verir ki, Xaçatryan bu açıqlaması ilə erməniəsilli rusiyalı biznesmen Ruben Vardanyanın Qarabağda guya 120 min erməninin olması ilə bağlı yalanını ifşa edib.

Xaçatryan, həmçinin öz açıqlamasında Bakı ilə separatçılar arasında dialoqun zəruriliyini qeyd edib:

“Gərginlik Rusiya və Azərbaycanın maraqlarından irəli gəlir. Xankəndi və Bakı arasında birbaşa dialoqa keçmək lazımdır. Qarabağın 40 min qəzəbli sakini Ermənistana gələrək hakimiyyətin dəyişməsini tələb edərsə, bu, Rusiyanın xeyrinə olar. Qarabağ Azərbaycanla birbaşa dialoq aparmalıdır”.

Qeyd edək ki, Vardanyan öz açıqlamalarında Qarabağda 120 min erməninin yaşadığını iddia edirdi.

Gununsesi.info