Qarabağda 8 peşə təhsili məktəbi TİKİLƏCƏK

  • By admin
  • 07 İyun 2023 12:39

“Qarabağda 8 peşə təhsili müəssisəsi tikilib istifadəyə veriləcək. Artıq Füzulidə peşə məktəbinin bünövrəsi qoyulub. Həmin peşə məktəbinin texniki detalları hazırlanıb və yaxın vaxtlarda tikintisinə başlanılacaq. Gözləyirik ki, 2025-ci ildə təhvil verilsin”.

Gununsesi.info xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov deyib.

Onun sözlərinə görə, Qarabağ və digər ərazilərdə fəaliyyət göstərəcək peşə məktəblərində gələn ildən etibarən alternativ enerji ilə işləyən texnologiyaların inkişafı üzrə texniklər hazırlanacaq:

“Tədris vəsaitləri və proqramlarının hazırlanması istiqamətində işlər görülür”.

Gununsesi.info