“Qarabağ”da ciddi itki - FOTO

  • By admin
  • 12 Mart 2018 11:00
Azərbaycan Premyer Liqasının 20-ci turunda “Neftçi”nin qonağı olacaq “Qarabağ” bu oyuna ciddi itki ilə çıxacaq.
Gununsesi.info xəbər verir ki, Ağdam təmsilçisi “ağ-qaralar”la matçda əsas üzvlərindən Miçel Maderanın xidmətindən istifadə edə bilməyəcək. Premyer Liqanın 19-cu turunun “Zirə” ilə ev matçında (2:0), oyuna əlavə olunmuş 3-cü dəqiqədə sarı vərəqə alan ispan futbolçu cəzalı vəziyyətə düşüb.
Miçel cari mövsümdə 4-cü dəfə sarı vərəqə alıb.
“Neftçi” – “Qarabağ” oyunu martın 14-də keçiriləcək.
Gununsesi.info