Qarabağda daha bir erməni vandalizmi: Məsciddən tövlə kimi istifadə ediblər – VİDEO

  • By admin
  • 03 Oktyabr 2023 14:06

Qarabağda azərbaycanlılara məxsus məscidin ermənilər tərəfindən tövlə kimi istifadə edildiyi müəyyən edilib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, antiterror əməliyyatından sonra Azərbaycanın nəzarətinə keçən Malıbəyli kəndindəki məscidin tövlə kimi istifadə olunduğu aşkarlanıb.

Açıqlamada məscidin 1992-ci ildə ermənilər tərəfindən yandırıldığı, minarəsinin dağıdıldığı, qalan hissəsinin isə işğal zamanı tövlə kimi istifadə edildiyi vurğulanıb.

Qeyd edək ki, 2-ci Qarabağ müharibəsindən sonra bölgədəki bir çox məscidlərin tövlə kimi istifadə edildiyi üzə çıxıb.