Qarabağda erməni gülləsinə tuş gələn hərbçimiz: “Konkret olaraq mənimlə maraqlanan yoxdur” - FOTOLAR

  • By admin
  • 17 Dekabr 2020 18:03
“Konkret olaraq mənimlə maraqlanan yoxdur, ən azı 10 dəfə Bakıya və 4 dəfə Ağcabədiyə getmişəm”
İkinci Qarabağ Savaşında döyüşərək ağır yaralanan həbrçilərimizdən biri də əsgər Əkbərov Xəyal Hüseynağa oğludur.
   
Gununsesi.org qazimizdən müsahibə alan moderator.az-ın yazısını təqdim edir:
– Xəyal, ilk öncə özünü oxucularımıza təqdim edərdin…
– Əkbərov Xəyal Hüseyn oğlu. 1996-cı ildə anadan olmuşam. Ailədə iki qardaşıq və mən kiçiyəm.
– Bəs döyüşlərə necə qatıldın?
– Mən özüm 2016-cı il Şanlı aprel döyüşlərinin iştirakçısıyam. Onda əsgər kimi hərbi xidmətimi başa vurmuşdum və amma döyüşlərə qatıldım. Ağdərə-Seysulan istiqamətində döyüşmüşəm. Tərxis olunandan sonra İkinci Qarabağ Savaşına da çağırıldım və Füzuli istiqamətində əməliyyatlara başladıq. Sentyabrın 27-də döyüşlərə başladıq.
– Bəs necə oldu ki, ağır yaralandın?
– Oktyabrın 9-da saat 15:00 radələrində Füzulinin Qaraxanbəyli kəndində düşmən minaatanının mərmisinin yanımıza düşməsi nəticəsində üç nəfər yaralandıq. Amma ən ağır mən yaralandım. Zərbədən çiyin sümüyüm və döş qəfəsi sümüyüm sınıb və kürəyimdən qəlpə yarası aldım. Mən orda təxminən iki dəqiqə kliniki ölüm keçirdim. Komandirim və əsgər yoldaşlarım üzümə su vurub məni ayıltdılar və ərazidən çıxardılar. Daha sonra Əhmədbəyli hospitalına çatdırıldım. Orda birinci əməliyyatım oldu. Daha sonra Yevlaxda ikinci dəfə əməliyyat olundum. Həkimlər deyir ki, daha bir əməliyyatın olacaq.

 

 

– Qazi kimi ictimailəşməsini istədiyin hansısa bir problemin varmı?
– Konkret olaraq mənimlə maraqlanan yoxdur. Ən azı 10 dəfə Bakıya və 4 dəfə Ağcabədiyə getmişəm. İndi yenə də Bakıya getməliyəm. Yəni bütün bunların xərcini özüm çəkirəm. Aprel döyüşlərində iştirak edəndə anam qorxudan şəkər xəstəliyinə tutuldu və indi deyirəm ki, heç olmasa məni bir medalla təltif edərdilər və anam da təskinlik tapardı. Bu dəfəki döyüşdə isə valideynlərimə mənim şəhid xəbərimi vermişdilər. Oktyabrın 1-də atama zəng vurub doğum günün təbrik edəndə şoka düşdü, dedi ki, beş gündür bizə sənin şəhid xəbərini veriblər.

Gununsesi.org