Qarabağda erməni əsgər öldü

  • By admin
  • 16 Aprel 2018 16:02

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun daha bir əsgəri ölüb. Gununsesi.info Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə aprelin 15-də baş verib.

Bildirilib ki, 1998-ci ildə anadan olmuş Alek Karapetyana hərbi hissə ərazisində atəş açılıb. Nəticədə o, ölüb.

Hadisənin səbəbi araşdırılır.

Gununsesi.info