Qarabağda “İsgəndər” tətbiq edilməyib – Rusiya Müdafiə Nazirliyi

  • By admin
  • 25 Fevral 2021 21:38

Rusiya Müdafiə Nazirliyi “İsgəndər” raketləri ilə bağlı açıqlama verib.

Gununsesi.info nazirliyin saytına istinadən xəbər verir ki, qurum Qarabağda bu raket kompleksinin tətbiq olunmadığını açıqlayıb.

HTML tutorial

“Qarabağda “İsgəndər-M” tətbiq olunmayıb. Bütün raket ehtiyatları hərbi anbarlarda saxlanılır”- deyə açıqlamada deyilir.

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan “İsgəndər” raketlərini Qarabağda döyüşlər zamanı tətbiq etdiklərini lakin raketlərin partlamadığını yaxud 10%-nin partladığını açıqlamışdı.

Gununsesi.info