Qarabağda işləmək üçün 1200 şirkətdən MÜRACİƏT VAR

Azərbaycan hökuməti Qarabağdakı tikinti-quruculuq işlərində dost və tərəfdaş ölkələrin şirkətlərinin cəlb olunması istiqamətində addımlar atır və bu proses həmin ölkələrin şirkətlərinin iştirakı ilə həyata keçirilir.

Gununsesi.info xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Rebuild Karabakh” sərgisinin açılışında çıxışı zamanı bildirib.”Sözügedən fəaliyyət istiqamətində İqtisadiyyat Nazirliyinə 1200-dən artıq layihə üzrə müraciət daxil olub. Bunun da 400-dən çoxu xarici şirkətlərin payına düşür”, – deyə nazir müavini əlavə edib.

HTML tutorial

S. Məmmədov onu da deyib ki, ikinci ildir keçirilən sərgidə ekspozisiya 10% artıb. Ümumilikdə builki sərgidə 17 ölkədən 300-dən çox şirkət iştirak edir.

Gununsesi.info