Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarında COVİD-19-a 12 yeni yolxuma halı aşkar olunub.
Gununsesi.org Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gün daha 4 nəfərdə COVİD-19 olması müəyyənləşib. Onların hamısı Xocavənd rayonunun Hadrut qəsəbəsindəndir.
Beləliklə, koronavirusa yoluxanların ümumi sayı 91 nəfərə çatıb. Onlardan 54-ü sağalıb. Hazırda Laçın, Kəlbəcər, Xocavənd və Tərtər rayonunun işğal altındakı ərazilərində virus ocaqları mövcuddur.
Gununsesi.org