“Qarabağda müqavilə əsasında peşəkar hərbi birləşmələr yaradılır” – Balasanyan

  • By admin
  • 04 Fevral 2021 17:45
Dağlıq Qarabağın qondarma qurumunun Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan Stepanakertdəki dövlət binalarına Azərbaycanın dövlət bayraqlarının vurulacağı barədə məlumatları təkzib edib.
“Bəzi media və sosial şəbəkələrdə Qarabağ “Müdafiə Ordusu”nun ləğv ediləcəyi və sərhədlərinin müdafiəsinin təşkil olunmayacağı barədə məlumatlar yayılır. Qarabağın dövlət orqanları hazırda sərhədlərimizi qorumaq məqsədi ilə müqavilə əsasında peşəkar hərbi hissələrin formalaşdırılması ilə məşğuldurlar ”,- deyə Balasanyan bildirib.
O, əmin edib ki, döyüş əməliyyatları nəticəsində düzəlməz ziyana baxmayaraq, dövlət əhalinin təhlükəsizliyini və normal həyatı təmin etmək öhdəliklərini yerinə yetirməkdə davam edir.

Gununsesi.org