Qarabağda müsadirə edilən silahların yeni siyahısı

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 27-si saat 17:00-a olan məlumat açıqlanıb.

Gununsesi.info Müdafiə Nazirliyinə (MN) istinadən yeni siyahını təqdim edir:

1. Atıcı silah və qumbaraatanlar – 1132;

2. Artilleriya silahları – 61;

3. HHM vasitələri – 235;

4. Döyüş sursatları – 434295;

5. Təchizat və ləvazimatlar – 2732;

6. Optik və digər cihazlar – 231;

7. Zirehli texnika – 26;

8. Avtomobil texnikası – 125;

9. Qoşqu – 21.