Qarabağda nə baş verir? - XİN CƏMİYYƏTƏ AÇIQLAMA VERMƏYƏ TƏLƏSMİR

  • By admin
  • 10 İyul 2023 10:36
Rusiyanın Qarabağdakı sülhməramlılarının Laçın keçid-buraxılış məntəqəsindəki Azərbaycan bayrağını endirməsinə Xarici İşlər Nazirliyini adekvat reaksiya verməməsi bir sıra suallara səbəb olub.
Sosial şəbəkələrdə cəmiyyətin müxtəlif təbəqələri  Azərbaycan Xarici İşlər Nazirliyindən Qarabağda baş verənlərə aydınlıq gətirməsini tələb edir.
Azərbaycan cəmiyyəti nədənsə, son olayları erməni mediasından öyrənir.
Hazırda bayrağımızın  öz yerində dalğalanıb-dalğalanmaması barədə qəti fikir yoxdur.
Bundan başqa həmin yola kimin nəzarət etdiyi də açıqlanmır.
Bu arada isə ötən gecə  atışmalar davam edib.
Bu müəmmalar Rusiya və Azərbaycan arasında Qarabağla bağlı yeni gərginliyin olmasına dəlalət edir.
Ancaq bu fakt varsa, cəmiyyət bixəbər olmamalıdır.
Pərviz
Gununsesi.info