Qarabağda ölən 1900-dən çox hərbçinin cəsədi təhvil verilib -Rüstəm Muradov

  • By admin
  • 09 Dekabr 2021 10:18

“Rusiya sülhməramlıları Qarabağda yerləşdirildikdən sonra 1900-dən çox hərbçinin cəsədi Ermənistan və Azərbaycanın yerli hakimiyyət orqanlarına təhvil verilib”.

Gununsesi.info  xəbər verir ki,bunu Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandan müavini Rüstəm Muradov deyib.

O bildirib ki, Rusiya sülhməramlıları hər iki tərəfdən ölən hərbçilərin cəsədlərinin axtarış tədbirlərini davam etdirilir:

“Hər iki tərəfdən 100-dən çox hərbçi əsirlikdən azad edilərək vətənlərinə qaytarılıb”.

Gununsesi.info