Qarabağda rus sülhməramlıları üçün daha 4 şəhərcik salındı

  • By admin
  • 01 Mart 2021 10:24

Qarabağda rus sülhməramlıları üçün daha 4 blok-modul şəhərciyi tikilib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, şəhərciklər Xankəndi və Xocavənddə istifadəyə verilib.

Blok modullu qəsəbələrin tikintisi Rusiya sülhməramlı kontingentinin heyəti üçün rahat yaşayış və fəaliyyət şəraiti yaratmağa imkan verir.

Beləliklə, bu günə qədər sülhməramlı kontingentin hərbi heyəti üçün inşa edilən qəsəbələrin sayı 8-ə çatıb.

Gununsesi.info