Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub, ölənlər var

  • By ilhame
  • 20 Sentyabr 2023 20:15

Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub, ölənlər var.

Gununsesi.info  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazidə – Canyataq kəndi yaxınlığında qeydə alınıb.

Məlumata görə, avtomobildə olan hərbçilər həlak olub.

Nazirliyin məlumatına görə, Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri insidentin bütün detallarını aydınlaşdırmaq üçün hadisə yerində işləyirlər.

 

Gununsesi.info